Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçilərindən olan “Zirə” bu gün yarışda mübarizəyə başlayıb.
Hafta.az xəbər verir ki, komanda 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşıb.
Matç "Zirə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
8 iyul
“Zirə” (Azərbaycan) - “Torpedo” (Kutaisi, Gürcüstan) - 3:0
Qollar: Ruan Renato, 32, Davit Volkov, 47, Ruan Renato, 63-pen.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 16-da Kutaisidə keçiriləcək.